• Qərb
  • 15 Dekabr 2019 11:00

Nazirlər müraciət etdi: Maaşımızı artırın, yoxsa...

Hazırda nazirlər və müavinləri arasında maaş məsələsi barədə müzakirələr aparılır

Əksər nazir və nazir müavinləri ailələrini dolandırmaq üçün maaşlarını yüksəltməyi xahiş ediblər.

Axar.az xəbər verir ki, bunu Ukrayna Nazirlər Kabinetinin üzvü Dmitri Dubilet bildirib.

“Hazırda nazirlər və müavinləri arasında maaş məsələsi barədə müzakirələr aparılır. Onlar daha çox maaş xahiş edirlər, çünki onların bir çoxu özəl sektordan gəlib. Görürlər ki, özəl sektorda daha çox qazana bilərdilər. Onlara həqiqətən ailələrinə dəstək vermək çox çətindir", - Dubilet Ukraynanın "Bizim" telekanalına müsahibəsində deyib.

Qeyd edək ki, daha öncə Ukrayna Ədliyyə naziri Denis Malyuska da maaş azlığından şikayətlənib, vəziyyətin dəyişməyəcəyi təqdirdə vəzifəsindən istefa verəcəyini bəyan edib.

AzNews.az