“Çinin virusu nəzarətdə saxlayacağına inanıram “Çinin virusu nəzarətdə saxlayacağına inanıram
  • Qərb
  • 11 Fevral 2020 09:32
  •  8 192

"Aprel ayında..." - Tramp koronavirusdan danışıb

“Çinin virusu nəzarətdə saxlayacağına inanıram

“Aprel ayında havaların istiləşməsi ilə koronavirus da bitmiş olar”.

AzNews.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Nyu-Hempşir ştatında təşkil etdiyi mitinqdən əvvəl FOX televiziyasına açıqlamasında deyib.

Tramp iki ayda mindən çox insanın ölümünə səbəb olan koronavirus epidemiyası haqda danışarkən Çinin virusla professional formada məşğul olduğunu vurğulayıb.

O, ABŞ-ın Uhan bölgəsinə Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssislərini göndərdiyini bildirib.

ABŞ prezidenti Çinlə əldə etdikləri ticarət razılaşması barədə də danışıb. Qeyd edib ki, iki ölkə arasındakı münasibətlərə müsbət təsir edən razılaşmadan sonra Çin Birləşmiş Ştatlara hörmət etməyə başlayıb.

“Virusun Çinin ABŞ mallarını almağına təsir edəcəyini düşünmürəm. Çin virusu məhv etmək üçün çox çalışır. Biz də onlarla əlaqə saxlayırıq”, - deyə D. Tramp bildirib.

Pərvanə