"Onun heç bir prinsipi yoxdur” "Onun heç bir prinsipi yoxdur”
  • Qərb
  • 8 İyul 2020 11:15
  •  9 555

Qohumları Tramp haqda yazdı - Dünyanın ən təhlükəli adamı

"Onun heç bir prinsipi yoxdur”

Meri Trampın gələn həftə nəşr olunacaq kitabında əmisi, ABŞ Prezidenti Donald Tramp barədə müxtəlif iddialar yer alıb.

AzNews.az "Posta"ya istinadən xəbər verir ki, "Too Much And Never Enough: How My Family Created the World's Most Dangerous Man" ("Həddindən artıq çox və heç vaxt bəs etməyən: Ailəm dünyanın ən təhlükəli adamını necə yaratdı?") adlı kitabda D. Trampın universitet imtahanına öz yerinə pul qarşılığında başqa birini göndərdiyi deyilir.

Klinik psixoloq olan Meri Trampın kitabında əmisini narsist, sosiopat və dünyanın sağlamlığını, iqtisadi təhlükəsizliyini, sosial strukturunu hədələyən biri olaraq təsvir etdiyi bildirilir.

Kitabda həmçinin D.Trampın bacısı Meriann Tramp Berinin fikirləri yer alıb. Onun Donald Trampın prezidentliyə namizədliyi ərəfəsində "O, təlxəkdir. Heç vaxt prezident ola bilməz" dediyi qeyd olunur.

Meriann Tramp Berinin Donald Trampın evangelistlər tərəfindən dəstəklənməsi barədə isə "Donald sadəcə kameralar önündə olanda kilsəyə gedir. Onun heç bir prinsipi yoxdur" dediyi bildirilir.

Qeyd edək ki, Meri Tramp Prezidentin 1981-ci ildə-42 yaşında vəfat etmiş böyük qardaşı Fred Trampın qızıdır. O, kitabı çoxsaylı bayram tədbirləri və ailə mərasimlərindəki müşahidələrinə əsasən qələmə aldığını deyib.

Pərvanə