"Beynəlxalq hüquqa görə, Dağlıq Qarabağ bölgəsi Azərbaycan ərazisidir" "Beynəlxalq hüquqa görə, Dağlıq Qarabağ bölgəsi Azərbaycan ərazisidir"
  • Qərb
  • 25 Noyabr 2020 15:45
  •  5 104

Fransa senatı bu gün beş senatorun qaldırdığı təklifi müzakirə edəcək

"Beynəlxalq hüquqa görə, Dağlıq Qarabağ bölgəsi Azərbaycan ərazisidir"

Fransa dünyanın heç bir ölkəsi, hətta Ermənistan tərəfindən tanınmayan "Dağlıq Qarabağ Respublikası"nı tanımaq üçün hərəkətə keçib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fransa senatı bu gün beş senatorun qaldırdığı təklifi müzakirə edəcək.

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron həftə sonu Ermənistan üçün yardım toplayan bir dərnəyə baş çəkib.

"Beynəlxalq hüquqa görə, Dağlıq Qarabağ bölgəsi Azərbaycan ərazisidir. Suveren dövlət tələb etmədiyi təqdirdə müdaxilə etmək hüququnuz yoxdur", - deyə E. Makron bildirib.

Səidə

AzNews.az