Tramp müraciətində Amerikanın böyüklüyünə etibarı itirməyin təhlükəsini elan edib Tramp müraciətində Amerikanın böyüklüyünə etibarı itirməyin təhlükəsini elan edib
  • Qərb
  • 20 Yanvar 2021 09:57
  •  4 935

Trampdan Amerika xalqına vida müraciəti

Tramp müraciətində Amerikanın böyüklüyünə etibarı itirməyin təhlükəsini elan edib

ABŞ Prezidenti Donald Tramp xalqa vida müraciəti ilə çıxış edib.

AzNews.az xəbər verir ki, Tramp müraciətində Amerikanın böyüklüyünə etibarı itirməyin təhlükəsini elan edib.

“Biz təhlükəsizliyin təmin olunmasında və Amerikanın çiçəklənməsində yeni administrasiya üçün dua edirik”, - deyən Ağ Ev rəhbəri bildirib ki, onun komandası hakimiyyətə hansı məqsədlər uğrunda gəlmişdisə, onları və bundan daha çoxunu edib.

Tramp bildirib ki, o, ABŞ hakimiyyətinin xalq qarşısındakı məsuliyyətini bərpa edib.

Bununla yanaşı, Amerikanın ölkənin daxilində və hüdudları xaricində gücü bərpa olunub.

Prezident qeyd edib ki, ABŞ-ın başqa ölkələrlə ittifaqını bərpa edib və Birləşmiş Ştatlar Çinə qarşı əvvəllər heç vaxt olmayan səviyyədə dayanıb.

Qeyd edək ki, yanvarın 20-da ABŞ-da ölkənin yeni prezidenti Co Baydenin inauqurasiyası keçiriləcək. Birləşmiş Ştatlarda prezident seçkiləri 2020-ci il noyabrın 3-də keçirilib.