"Bunun nəticələri olacaq” "Bunun nəticələri olacaq”
  • Qərb
  • 28 Mart 2021 20:26
  •  9 325

ABŞ Rusiyanı təhdid etdi

"Bunun nəticələri olacaq”

“Hər yerdə Rusiyanın aqresiyasına dair müxtəlif nümunələr görürük. Və prezident (ABŞ prezidenti Co Bayden – Red) bu hərəkətlərin nəticəsi olacağını açıq şəkildə bildirib”.

Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.

“SolarWinds üzərindən kiberhücumu, seçkilərə müdaxiləni, Aleksey Navalnını öldürmək üçün kimyəvi silahdan istifadəni nəzərdən keçirilməsinə yekun vururuq. Bu mövzuda artıq danışdıq və tədbir gördük. Bunun nəticələri olacaq.”-deyə, Blinken bildirib.