Onun dəqiq doğum tarixi bilinmir Onun dəqiq doğum tarixi bilinmir
  • Qərb
  • 19 Aprel 2021 14:00
  •  4 686

ABŞ-ın ən yaşlı insanı öldü

Onun dəqiq doğum tarixi bilinmir

ABŞ-ın Şimali Karolina ştatında yaşayan və ölkənin ən yaşlı insanı kimi tanınan Hester Ford ölüb.

AzNews.az xəbər verir ki, Cənubi Karolinanın Lankaster dairəsində doğulan qadının 14 övladı, 48 nəvəsi və 108 nəticəsinin olduğu bildirilir.

Onun yaşı dəqiq bilinməsə də, səlahiyyətlilər qadının doğum şəhadətnaməsində anadan olduğu tarixin 15 avqust 1904-cü il kimi göstərildiyini deyir.

Hester Ford yaşadığı müddət ərzində 2 pandemiya, 2 dünya müharibəsi, 21 ABŞ prezidenti görüb. 14 yaşında evlənib, 108 yaşına qədər tək və yardım almadan yaşayıb. Evinin hamamında yıxılıb xəsarət aldıqdan sonra ailə üzvləri ilə birgə yaşamağa başlayıb. Yıxılana qədər isə Hester Ford heç vaxt xəstəxanaya getməyib.

Pərvanə