• Qərb
  • 23 Aprel 09:57
  •  4 931

Bayden sabah nə deyəcək?

ABŞ Konqresinin Respublikaçı və Demokrat partiyalarından olan 100-dən çox üzvü Baydenə məktub yazıb

ABŞ prezidenti Co Bayden 24 apreldə qondarma erməni soyqırımını tanımağa hazırlaşır.

AzNews.az xəbər verir ki, bu barədə ABŞ mediası səlahiyyətli şəxslərə istinadən məlumat yayıb.

Ağ Evin sözçüsü Cen Psaki şənbə günü hökumətin daha çox şey deyəcəyini bildirib.

Xatırladaq ki, ABŞ Konqresinin Respublikaçı və Demokrat partiyalarından olan 100-dən çox üzvü Baydenə məktub yazıb. Həmin məktubda 24 apreldə verəcəyi açıqlamada Baydendən 1915-ci il hadisələrini “soyqırım” olaraq rəsmən tanıması istənilib.

Pərvanə