- Qərb
- 24 Aprel 2021 20:48
- 5 831
Rumıniyaya gedən azərbaycanlılar karantinə yerləşdiriləcək
Bu ölkə yüksək epidemioloji riski olan ölkələrin siyahısına Azərbaycanı da daxil edib
Aznews.az xəbər verir ki, Rumıniyanın fövqəladə vəziyyətlə əlaqədar milli komitəsi yüksək koronavirus riski olan ölkələrin siyahısını təzələyib. Siyahı iki həftədən bir yenilənir. Bu siyahıda olan ölkələrdən gələn vətəndaşlar 72 saat ərzində edilən mənfi koronavirus testi təqdim etdikdə 10 gün, təqdim etmədikdə isə 14 gün karantində qalır. 72 saat ərzində edilən, mənfi koronavirus testi olan və ölkəni 3 gün ərzində tərk edən vətəndaşlar karantinə alınmır. Bundan əlavə 90 gün ərzində koronavirusa yoluxan və bu barədə sənəd təqdim edən vətəndaşlar da karantində saxlanılmır. Qeyd edək ki, yeni siyahıya uzun müddətdən sonra Azərbaycan da daxil edilib. Beləliklə, Azərbaycandan gələn vətəndaşlar yuxarıdakı qaydalara uyğun karantinə yerləşdiriləcəklər. Karantin qaydaları diplomatlara şamil olunmur.(AZƏRTAC)