"ATƏT sədrliyi və mənim Şəxsi Nümayəndəm vəziyyəti yaxından izləyir" - ATƏT sədri qeyd edib "ATƏT sədrliyi və mənim Şəxsi Nümayəndəm vəziyyəti yaxından izləyir" - ATƏT sədri qeyd edib
  • Qərb
  • 13 May 2021 21:09
  •  8 816

ATƏT sədri Azərbaycan və Ermənistan XİN başçıları ilə telefonla danışıb

"ATƏT sədrliyi və mənim Şəxsi Nümayəndəm vəziyyəti yaxından izləyir" - ATƏT sədri qeyd edib

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefonla danışıb.

Aznews.az xəbər verir ki, bu barədə Ann Linde "Twitter" hesabında bildirib.

"Bu gün Azərbaycandan olan həmkarım Ceyhun Bayramov və Ermənistandan olan həmkarım Ara Ayvazyanla Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyət barədə danışdım. ATƏT sədrliyi və mənim Şəxsi Nümayəndəm vəziyyəti yaxından izləyir", ATƏT sədri qeyd edib.