Alman deputat Tino Çrupalla ölkəsinə Avropa Birliyindən çıxmağı və Rusiya ilə iqtisadi müttəfiqlik qurmağı təklif edib Alman deputat Tino Çrupalla ölkəsinə Avropa Birliyindən çıxmağı və Rusiya ilə iqtisadi müttəfiqlik qurmağı təklif edib
  • Qərb
  • 13 İyul 2021 13:13
  •  7 902

“Almaniya Avropa Birliyindən çıxmalıdır”

Alman deputat Tino Çrupalla ölkəsinə Avropa Birliyindən çıxmağı və Rusiya ilə iqtisadi müttəfiqlik qurmağı təklif edib

AzNews.az xarici mətbuata istinadla xəbər verir ki, T. Çrupalla müttəfiqlərinin, xüsusən ABŞ-ın psixoloji müharibəsinin Almaniyanın milli kimliyi və mədəniyyətinə təsiri olduğunu deyib.

O ABŞ-ın “Nord Stream 2” qaz kəməri layihəsindəki mövqeyini nümunə göstərib. Alman millət vəkili bu münasibəti Vaşinqtonun öz maraqları üçün bilərəkdən dezinformasiya və manipulyasiya strategiyası kimi qiymətləndirdiyini vurğulayıb.

Qeyd edək ki, ümumi dəyərinin təxminən 10 milyard avro olacağı gözlənilən “Nord Stream 2” layihəsi ilə ildə 55 milyard kubmetr rus qazının Baltik dənizi vasitəsi ilə Almaniyaya göndərilməsi planlaşdırılır. Layihə ABŞ-ın rus enerji şirkəti “Qazprom”a tətbiq etdiyi sanksiyalar səbəbilə işini dayandırmışdı. “Nord Stream 2”nin inşası şirkətin öz imkanları ilə davam etdirilir.

Şəbnəm Zahir

AzNews.az