İclas ABŞ tərəfinin təklifi ilə keçiriləcək İclas ABŞ tərəfinin təklifi ilə keçiriləcək
  • Qərb
  • 28 Yanvar 2022 20:27
  •  5 223

BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplaşacaq

İclas ABŞ tərəfinin təklifi ilə keçiriləcək

BMT Təhlükəsizlik Şurası yanvarın 31-də Ukraynadakı vəziyyətlə bağlı iclas keçirəcək.

Aznews.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasında sədrlik edən Norveçin BMT-dəki daimi nümayəndəsi məlumat verib.

“İclas bazar ertəsi saat 10:00-da (red-Bakı vaxtı ilə 11:00) keçiriləcək”, - deyə açıqlamada deyilir.

İclasın ABŞ tərəfinin təklifi ilə keçiriləcəyi və Rusiya-Ukrayna sərhədində yaranmış vəziyyətə həsr olunacağı vurğulanıb.