• Qərb
  • 23 İyun 20:29
  •  4 302

Xərçəngdən ölümlərin sayı bu yolla azaldılacaq - Bayden

ABŞ prezidenti Co Bayden xərçəngdən ölüm hallarını əngəlləmək üçün planlarını açıqlayıb

Aznews.az xəbər verir ki, ölkə satılan siqaretlərin tərkibindəki nikotin miqdarını asılılıq yaratmayacaq dərəcəyə endirəcək.

Digər tütün məhsullarına da qadağa qoyulacağı bildirilib.

Bu qaydalara tütün sənayesinin qarşı çıxması gözlənilir.

Qeyd edək ki, siqaret ABŞ-də hər il 480 min insanın ölümündə başlıca səbəbdir.

ABŞ Səhiyyə Nazirliyi yetkin aludəçilərin 87 faizinin 18 yaşında siqaret çəkməyə başladığını deyib.

Bayden qarşıdakı 25 il ərzində xərçəng ölümlərini yarıya qədər azaltmağı planlayır./Bakupost.az