Yaxın rayonların sakinlərinə hadisə yerinə yaxınlaşmamaq tövsiyə olunub Yaxın rayonların sakinlərinə hadisə yerinə yaxınlaşmamaq tövsiyə olunub
  • Qərb
  • 25 Sentyabr 2022 19:51
  •  4 717

Parisdə böyük ərzaq bazarında yanğın başlayıb

Yaxın rayonların sakinlərinə hadisə yerinə yaxınlaşmamaq tövsiyə olunub

Parisin yaxınlığında böyük ərzaq bazarının anbarında yanğın başlayıb.

Aznews.az “Associated Press“-ə istinadən xəbər verir ki, sahəsi 7 min kvadrat metr olan anbarda yanğının söndürülməsinə 100 yanğınsöndürən və 20 yanğınsöndürmə maşını cəlb olunub.

Parisin Yanğın Xidmətinin rəisi Le Muana bildirib ki, yanğın nəticəsində xəsarət alan yoxdur, yanğının yayılmasının qarşısını da almaq mümkün olub.

Yanğının səbəbi məlum deyil. Yaxın rayonların sakinlərinə hadisə yerinə yaxınlaşmamaq tövsiyə olunub.