• Qərb
  • 14 Noyabr 2022 09:19
  •  12 512

Bayden yenə gündəm oldu

Kambocanın paytaxtı Punom Pendə Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Sammiti keçirilib.

Aznews.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden burada çıxışı zamanı yenə səhvə yol verib.

O çıxışında ev sahibi Kamboca ilə Kolumbiyanı səhv salıb: "İndi biz yenidən Kambocada bir yerdəyik. Mən əvvəlkindən daha güclü irəliləyiş əldə etməyi səbirsizliklə gözləyirəm və Kolumbiyanın Baş nazirinə bizi qəbul etdiyinə və ASEAN çərçivəsində rəhbərliyinə görə təşəkkür edirəm".

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden daha öncə Ağ Evdə etdiyi çıxışda Rusiyaya qoşulan Xerson bölgəsini İraqın Fəllucə bölgələri ilə qarışdıraraq, "Ruslar Fəllucadan çəkilir" deyib.

Züriyə Qarayeva