• Qərb
  • 18 Noyabr 17:56
  •  2 280

Yaponiya və ABŞ birgə hərbi təlim keçirib

Yaponiya Hava Özünümüdafiə Qüvvələri və ABŞ Hərbi Hava Qüvvələrinin pilotları döyüş təyyarələrinin iştirakı ilə birgə təlim keçirib.

Aznews.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Hava Özünümüdafiə Qüvvələri tviter səhifəsində paylaşım edib.

Bildirilib ki, hərbi təlimlərdə Yaponiyanın 3 “F-15” qırıcısı, ABŞ-ın isə 4 “F-16” qırıcısı iştirak edib. Təlimlərin məqsədi Yaponiya-ABŞ alyansının qabaqlayıcı potensialını artırmaq olub.

“Kyodo” xəbər agentliyinin məlumatına əsasən, bu təlimlər Tokio və Vaşinqtonun Şimali Koreyanın raket buraxılışına reaksiyası olub.