• Qərb
  • 3 Fevral 2023 23:59
  •  6 117

ABŞ İranın PUA istehsalçısına sanksiya tətbiq edib

ABŞ hakimiyyəti İranın dron istehsalçısı “Paravar Pars” şirkətinin direktorlar şurasının üzvlərini sanksiyalar siyahısına əlavə edib.

Aznews.az xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

"Bu gün Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi İslam İnqilabı Keşikçiləri Korpusu üçün “Shahed” pilotsuz təyyarələri istehsal etdiyinə görə “Paravar Pars” şirkətinin səkkiz rəhbər işçisini siyahıya salıb", məlumatda bildirilir.