• Qərb
  • 16 Mart 2023 16:47
  •  5 714

Polşada casusluqda şübhəli bilinən 9 nəfər saxlanılıb

Rusiyanın Polşadakı casusluq şəbəkəsinin üzvü olduğu iddia edilən 9 nəfər Ukraynaya silah daşımaq üçün istifadə edilən dəmir yolunu izləmək və təxribat aksiyaları hazırlamaq iddiası ilə saxlanılıb.

Aznews.az xəbər verir ki, Polşanın daxili işlər naziri Mariuş Kaminski açıqlamasında bildirib ki, Daxili Təhlükəsizlik Xidməti Rusiyaya casusluq etməkdə şübhəli bilinən 9 nəfəri saxlayıb .

Kaminski qeyd edib ki, şübhəlilər “Ukraynaya texnika, silah və yardım tədarükünü iflic etməyə yönəlmiş təxribat hərəkətləri” hazırlayırlar.

Şübhəlilərin Ukraynaya yardım aparan nəqliyyat vasitələrinə yerləşdirməyi planlaşdırdıqları kameralar, elektron cihazlar və GPS ötürücülərinin müsadirə edildiyini qeyd edən Kaminski istintaqın davam etdiyini bildirib.

Mövsüm