• Qərb
  • 11 Aprel 2023 14:51
  •  6 590

Hesabat: Alman ordusu NATO öhdəliklərini yerinə yetirmir

Almaniya ordusunun 2025-ci ilə qədər NATO-da vəd etdiyi vəzifələri həm şəxsi heyət, həm də texnika çatışmazlığı səbəbindən yerinə yetirə bilməyəcəyi bildirilib.

Aznews.az xəbər verir ki, “Bild” qəzeti Almaniya Quru Qoşunlarının komandanı general-leytenant Alfos Maisin Baş Qərargah rəisinə göndərdiyi 14 səhifəlik hesabatla bağlı məlumat yayıb.

Hesabatda tədbir görülmədiyi təqdirdə şəxsi heyətin və materialların tükənəcəyi diqqətə çatdırılıb və bu səbəbdən müdafiə büdcəsinin davamlı olaraq artırılmasına çağırılıb.

Mövsüm