• Qərb
  • 13 Aprel 2023 13:46
  •  8 444

İlk üç ayda Aİ ölkələrinə qeyri-qanuni girişlər artıb

Qərargahı Polşanın paytaxtı Varşavada yerləşən Avropa İttifaqının (Aİ) sərhəd mühafizə agentliyi olan Frontex, ilin birinci rübündə Aİ ölkələrinə qeyri-qanuni girişlərin əvvəlki ilin eyni dövrü ilə müqayisədə 26 faiz artdığını bildirib.

Aznews.az xəbər verir ki, Frontex-in verdiyi açıqlamada sərhədlərə qeyri-qanuni daxil olanların sayının 2022-ci ildə 330 minə yüksələrək 2016-cı ildən bəri ən yüksək səviyyəyə çatdığı xatırladılıb.

Bu ilin ilk üç ayında girişlər üçün ən çox istifadə edilən marşrut Mərkəzi Aralıq dənizi olub. Bu marşrutla 27 min 651 nəfər Aİ ölkələrinə daxil olub.

Qeyd edək ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 305 faiz artım olaraq qeydə alınıb. Kot-d'İvuar, Qvineya və Pakistan vətəndaşları Mərkəzi Aralıq dənizi marşrutunu ən çox qanunsuz keçənlər olub.

Mövsüm