• Qərb
  • 16 Yanvar 2024 20:55
  •  4 922

Almaniyanın vitse-kansleri Aİ iqtisadiyyatındakı problemləri izah edib

Avropa İttifaqı ölkələri inkişaf etmək üçün onilliklər ərzində açıq bazarlara arxalansalar da, indi dünyada yeni iqtisadi nizam yaranır ki, bunun da nəticəsində birlik böyük problemlərlə üzləşir.

Bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən Almaniyanın vitse-kansleri, ölkənin iqtisadiyyat naziri Robert Habek bildirib.

“Yeni iqtisadi dünya düzənində Avropanın problemi nədir? Problem təkəbbürdür. Biz inanırdıq ki, heç nə etməyə ehtiyac yoxdur, çünki hər şey artıq bizim üçün işləyirdi, amma bu belə deyil. İndi biz çox çalışmalıyıq”, - deyə Habek qeyd edib.

Mövsüm

Aznews.az