- Qərb
- 16 Aprel 13:53
- 1 364
Pensilvaniya ştatında silah-sursat zavodunda yanğın baş verib
ABŞ-nin Pensilvaniya ştatında Skranton şəhərində ordunun sursat zavodunda yanğın baş verib.
Bu barədə "Atlas News" məlumat yayıb.
Nəşr hadisə şahidlərinə istinadən xəbər verir ki, yanğın kiçikdir və xəsarət alan yoxdur. Təcili yardım xidmətləri hadisə yerindədir.
“Şərq standartı vaxtı ilə təxminən saat 15:00-da sursat zavodunda güclü yanğının baş verdiyi bildirilir. Hadisə şahidləri zavodun borularından qara tüstünün töküldüyü zavodun video və fotolarını yayıblar”, - deyə məlumatda bildirilir.
Mövsüm
Aznews.az