• Qərb
  • 16 Aprel 17:01
  •  1 774

Fiko Ukraynanın NATO-ya qəbul edilməsinə qarşı çıxıb

Slovakiya Ukraynanın NATO-ya qəbul edilməsinin əleyhinə olacaq.

Bu barədə mətbuat konfransında respublikanın baş naziri Robert Fiko bildirib.

“Ukrayna “Biz NATO-ya üzv olmaq istəyirik” deyə bilər. Bu normaldır, bu onların sərbəst qərarıdır. Biz deyirik ki, parlamentdə ratifikasiya etməyəcəyik. Çünki Slovakiyanın neytral Ukraynaya ehtiyacı var”, -deyə Robert Fiko qeyd edib.

O hesab edirdi ki, Ukrayna NATO-ya üzv olarsa, Slovakiyanın maraqları təhlükə altına düşəcək.

Mövsüm

Aznews.az