• Qərb
  • 18 Aprel 22:27
  •  3 110

Stoltenberq: Ukrayna özünü əsgərlərlə təmin etməlidir

Ukraynanın özü ordusunu canlı qüvvə ilə təmin etməlidir.

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq G7-nin xarici işlər nazirlərinin Kapri adasında keçirilən görüşündə çıxışı zamanı deyib.

“Ukraynanın insanlara və vəsaitə ehtiyacı var. NATO müttəfiqləri bu gün müzakirə etdiyimiz kimi, indikindən daha çox dəstək verməklə vasitələr təmin edə bilərlər. İnsana gəldikdə isə, Ukrayna bunu təmin etməlidir”, - deyə Stoltenberq bildirib.

Baş katib xatırladıb ki, Ukrayna səfərbərliyin gücləndirilməsi ilə bağlı yeni qanun qəbul edib. O, təfərrüatlara varmaqdan imtina edib, lakin qeyd edib ki, Kiyev hakimiyyəti qoşunlara lazımi sayda adam cəlb etmək üçün tədbirlər görəcək.

Mövsüm

Aznews.az