• Qərb
  • 3 İyun 2024 21:22
  •  4 275

Polşa Belarusla sərhəddə bufer zonanın yaradılmasını təxirə salıb

Polşa hökuməti Belarusla sərhəddə bufer zonasının tətbiqini təxirə salıb, lakin sərhəd zonasını yüzlərlə hərbçi ilə gücləndirəcək.

Bu barədə xüsusi xidmətlər üzrə əlaqələndirici nazir Tomaş Siemonyak məlumat verib.

“İyunun 4-dən sərhəd bölgələrinə girişi qadağan edən zona yaradılmalı idi. Bu qərarın sabah veriləcəyini gözləmirik. Yerli hakimiyyət orqanları, milli park və ictimai təşkilatlarla məsləhətləşmək üçün bizə daha bir neçə gün lazımdır”, - deyə rəsmi bildirib.

Mövsüm

Aznews.az