• Qərb
  • 10 İyun 19:03
  •  1 905

Belçika kralı De Croo hökumətinin istefasını qəbul etdi

Belçika kralı Filip baş nazir Alexander De Croo ilə görüşüb və hökumətin istefasını qəbul edib.

Bu barədə RBTF telekanalı məlumat yayıb.

Bu gün günün ikinci yarısında dövlət başçısı yeni Nazirlər Kabinetinin formalaşdırılması üzrə işlər çərçivəsində məsləhətləşmələr keçirəcək.

De Croo X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində onun hökumətinin müvəqqəti olaraq öz vəzifələrini yerinə yetirməyə davam edəcəyini yazıb.

Mövsüm

Aznews.az