• Qərb
  • 11 İyun 19:25
  •  2 534

Fransada erkən seçki böhranı böyüyür

Fransada Avropa Parlamentinə seçkilərin yaratdığı siyasi böhran böyüyür.

Sol qanad və Yaşılların növbədənkənar seçkilərə ortaq namizəd irəli sürəcəklərini açıqlamasının ardınca respublikaçılardan da ittifaq siqnalı gəldi.

Fransanın Mühafizəkar Respublikaçılar Partiyasının sədri Erik Çiotti bugünkü bəyanatında partiyasının parlament seçkilərindəki namizədləri ilə Marin Le Penin ifrat sağçı Milli Mitinq (RN) Partiyası arasında ümummilli ittifaq yaratmağa çağırıb.

Çiotti TF1 televiziyasına müsahibəsində "Biz eyni şeyi deyirik, ona görə də xəyali müxalifət etməyi dayandıraq", - deyə qeyd edib.

Mövsüm

Aznews.az