- Qərb
- 14 İyun 2024 14:08
- 5 713
ABŞ-da kiçik təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb
ABŞ-nin Kaliforniya ştatında kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
Təyyarə qəzasının təfərrüatları "Alpine County" Şerif Departamentinin "Facebook" hesabında edilən açıqlamada yer alıb.
Açıqlamada, "Luscombe 8" tipli tək mühərrikli təyyarənin Kaliforniyanın şimalındakı "South Lake Tahoe" bölgəsi yaxınlığındakı dağlıq ərazidə qəzaya uğradığı bildirilib.
Qəza nəticəsində 2 nəfərin öldüyü bildirilən açıqlamada, Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının hadisə ilə bağlı araşdırma başlatdığı qeyd edilib.
Mövsüm
Aznews.az