• Qərb
  • 17 İyun 17:49
  •  3 434

Almaniya polisi ən azı 35 ton kokain qaçaqmalçılığında şübhəli bilinən 6 nəfəri həbs edib

"Europol" və Almaniya hüquq-mühafizə orqanları Cənubi Amerikadan Aİ-yə külli miqdarda kokain keçirən cinayətkar qrupu sıradan çıxarıb.

Bu barədə "Europol" məlumat yayıb.

Agentliyin məlumatına görə, Almaniyada mayın 31-də və iyunun 5-də keçirilən reydlər zamanı hüquq-mühafizə orqanları 6 nəfəri həbs edib, 24 evdə axtarış aparıb, yüksək səviyyəli avtomobillər, qızıl-zinət əşyaları, pul vəsaitləri, elektron avadanlıqlar və müxtəlif sənədlər ələ keçirib.

"Europol" bildirir ki, 2023-cü ilin aprel-sentyabr ayları arasında Belçika, Ekvador və Almaniyanın hüquq-mühafizə orqanları bu cinayət şəbəkəsinin fəaliyyəti ilə əlaqəli 35 tona yaxın kokain müsadirə edib. Daşınmalar əsasən Almaniya, Belçika və Niderland limanlarında həyata keçirilirdi.

Agentliyin məlumatına görə, araşdırmaya Belçika, Niderland, Ekvador və Kolumbiyanın hüquq-mühafizə orqanları da cəlb olunub.

Mövsüm

Aznews.az