• Qərb
  • 24 İyun 17:47
  •  3 370

Siyarto: Aİ Rusiyanın aktivlərindən əldə etdiyi gəlirdən Ukrayna üçün silaha 1,4 milyard avro xərcləyəcək

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən 1,4 milyard avro dəyərində gəliri Macarıstanın vetosundan yan keçərək Ukraynaya hərbi yardım üçün istifadə etmək qərarına gəlib və bu, qırmızı xətlərin pozulmasıdır.

Macarıstanın xarici işlər naziri Peter Siyarto bu barədə Lüksemburqda Avropa İttifaqının xarici işlər nazirlərinin görüşündən sonra jurnalistlərə bildirib.

“Bu gün Aİ-nin Avropa Sülh Fondundan (Rusiya aktivlərindən müsadirə edilmiş gəlirlər köçürüləcək. - Red.) 1,4 milyard avronu Ukraynaya silah tədarükünü maliyyələşdirmək üçün istifadə edəcəyi açıqlandı, baxmayaraq ki, Macarıstan bununla razılaşmır. Bu, açıq-aydın qırmızı xəttdir; Aİ-nin ümumi qaydalarının belə həyasızcasına pozulması indiyədək heç vaxt baş verməyib”, - deyə Siyarto bildirib.

Mövsüm

Aznews.az