• Qərb
  • 1 Avqust 2024 11:22
  •  7 120

ABŞ və Britaniyanın bir neçə aviaşirkəti İsrailə uçuşları ləğv edib

"United", "Delta" və "British Airways" İsrailə uçuşları ləğv etdiklərini açıqlayıb.

Bu barədə "Times of Israel" qəzeti məlumat yayıb.

“ABŞ və Böyük Britaniyanın əsas hava yolları sərnişinlərə HƏMAS, Hizbullah və İranla gərginliyin artması fonunda İsrailə uçuşları ləğv etdikləri barədə məlumat verib”, - deyə məlumatda bildirilir.

Uçuşların ləğvi səbəbindən on minlərlə israillinin ABŞ -da qaldığı qeyd edilir.

"Delta" və "British Airways" avqustun 2-də, "United" isə avqustun 6-da uçuşları ləğv edəcək.

Mövsüm

Aznews.az