- Qərb
- 9 Sentyabr 19:56
- 2 310
Almaniya quru sərhədlərində nəzarət tətbiq edəcək
Almaniya ölkəyə qanunsuz daxil olan insanların sayını məhdudlaşdırmaq üçün bütün quru sərhədlərində nəzarət tətbiq edəcək.
Bu barədə Bild məlumat yayıb.
Ehtimal olunur ki, Almaniyanın daxili işlər naziri Nensi Feser artıq quru sərhədlərində nəzarətin tətbiqi barədə göstəriş verib və bu barədə Avropa İttifaqı (Aİ) Komissiyasına məlumat verib.
Nəşr bildirir ki, Almaniya hökuməti bu məsələni müzakirə edərək, “daxili təhlükəsizliyin müasir İslamçı terrorizm və transsərhəd cinayət təhdidlərindən qorunmasını” və “Almaniyaya yüksək yükün davam etdiyini” bəyan edir. Səlahiyyətlilər “Avropa qanunlarına uyğun olaraq qeyri-qanuni miqrantların effektiv şəkildə qovulması üçün bir model” həyata keçirməyə ümid edirlər.
Mövsüm
Aznews.az