- Qərb
- 30 Oktyabr 2024 19:22
- 3 305
Politico: Aİ Prokurorluğu AP deputatlarının qeyri-qanuni xərcləmələri ilə bağlı araşdırmaya başlayıb

Avropa İttifaqının (Aİ) prokurorluğu Belçika hakimiyyəti ilə əməkdaşlıq edərək Avropa Parlamentinin Avropa Xalq Partiyasının üzvlərinin büdcə vəsaitlərindən sui-istifadə etmələri ilə bağlı araşdırmalara başlayıb.
Bu barədə “Politico” qəzeti yazıb.
Jurnalistlər polis əməkdaşları ilə söhbət edib, iş materiallarını öyrəniblər. Onlar öyrəniblər ki, istintaqa Aİ-nin maliyyə maraqları çərçivəsində ağır cinayətlərin araşdırılmasına cavabdeh olan Avropa Baş Prokurorluğu (EPPO) rəhbərlik edir.
EPPO məlumatı təsdiqləyib, lakin puldan kimin sui-istifadə etməkdə şübhəli bilindiyini açıqlamayıb.
Mövsüm
AzNews.az