- Qərb
- 30 Aprel 19:31
- 1 118
Kopenhagendə avtomobil izdihamın üzərinə sürülüb: Yaralılar var

Kopenhagenin mərkəzində avtomobilin izdihamın üzərinə sürülməsi nəticəsində 5 nəfər xəsarət alıb.
Bu barədə Danimarkanın TV2 telekanalı məlumat yayıb .
“Vur-qaç nəticəsində 5 nəfər xəsarət alıb, nəticədə sürücü hadisə yerindən qaçıb”, - nəşr yazır.
Telekanalın məlumatına görə, qəza yaşlı kişinin avtomobilin idarəetməsini itirərək kafenin yay eyvanına keçməsi nəticəsində baş verib. Hadisə yerində təcili yardım xidmətləri işləyir.
Mövsüm
Aznews.az