- Qərb
- 14:11
- 888
Avstraliya Ukraynaya istismardan çıxmış tanklar göndərir

Avstraliyanın vəd etdiyi Amerikanın istismardan çıxarılan Abrams tankları Ukraynaya göndərilib.
Bu barədə ABC radiosu məlumat yayıb .
Avstraliya 49 Abrams tankını göndərməyə başlayıb, ilk yük artıq yoldadır. Ölkənin müdafiə naziri Riçard Marlesin sözlərinə görə, bu yaxınlarda döyüş maşınlarının yük gəmisinə yüklənməsi prosesinə başlanılıb. Avadanlığın Avropaya gəlişinin yeri və vaxtı “təhlükəsizlik səbəbi ilə” açıqlanmır.
Çatdırılma başlamazdan əvvəl Avstraliya Vaşinqtondan Amerika tanklarını üçüncü ölkəyə ixrac etmək üçün icazə alıb.
Mövsüm
Aznews.az