• Qərb
  • 21 May 18:46
  •  799

Siyarto: Ukrayna dünya səhnəsində Macarıstana qarşı təbliğat aparır

Ukrayna beynəlxalq səviyyədə fəal şəkildə anti-Macarıstan təbliğatı aparır. Budapeşt Kiyevin və onun məxfi xidmətlərinin təxribat fəaliyyətinin qarşısını almaqla öz suverenliyini müdafiə edir.

Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omurəliyevlə keçirdiyi mətbuat konfransında bildirib.

" Ukrayna həm Ukraynada, həm Macarıstanda, həm də beynəlxalq səviyyədə macarlara qarşı getdikcə daha aqressiv təbliğat aparır. Təbii ki, biz həm Ukraynanın anti-Macarıstan təbliğatına, həm də Ukraynanın casusluq fəaliyyətinə qarşı öz imkanlarımızdan istifadə edirik. Biz suverenliyimizi müdafiə edirik", - Siyarto bildirib.

Diplomat qeyd edib ki, son vaxtlar Ukrayna xüsusi xidmət orqanları Macarıstan ərazisində fəaliyyətini gücləndirir.

Mövsüm

Aznews.az