• Qərb
  • 12 İyun 14:02
  •  1 560

Pistorius Kiyevdə səfərdədir

Almaniyanın müdafiə naziri Boris Pistorius elan olunmamış səfərlə Kiyevə gəlib.

DPA agentliyi bu barədə məlumat yayıb.

Agentlik qeyd edib ki, o, yerlərdə vəziyyətlə tanış olmaq və Ukrayna rəhbərliyi ilə ona yeni hərbi yardımın göstərilməsini müzakirə etmək niyyətindədir.

“Biz Ukraynanı dəstəkləmək üçün əlimizdən gələni edirik ki, o, özünü müdafiə edə bilsin və Rusiyanın ciddi danışıqlara hazır olacağı mövqedə olsun”, - Pistorius bildirib.

Mövsüm

Aznews.az