- Qərb
- 14:21
- 720
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104-ə çatıb

ABŞ-nin Texas ştatında iyulun 4-də yağan leysan yağışları nəticəsində baş verən sel fəlakətinin qurbanları getdikcə artır.
Səlahiyyətlilər sel fəlakətində ölənlərin sayı ilə bağlı açıqlama verib.
Səlahiyyətlilər daşqınlarda həyatını itirənlərin sayının 104-ə çatdığını, axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Səlahiyyətlilər daşqınlarda ən çox ölənlərin Kerr bölgəsində baş verdiyini bildirərək, 28-i uşaq olmaqla 84 nəfərin orada həyatını itirdiyi barədə məlumat paylaşıblar.
ABŞ-nin cənubundakı Texas ştatında iyulun 4-də yağan qəfil leysan yağışları nəticəsində Kerr bölgəsində Qvadalupe çayı daşaraq daşqınlara səbəb olub.
Mövsüm,
AzNews.az