Leyen Ukraynanın yenidən qurulması fondunun yaradıldığını elan edib

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Ukraynanın yenidən qurulması üçün Avropa fondunun yaradılmasını elan edib.

O, müvafiq bəyanatla Romada keçirilən konfransda çıxış edib.

AK rəhbəri qeyd edib ki, Avropa Kiyevə ən böyük donor olaraq qalır. Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Ukrayna tərəfinə demək olar ki, 165 milyard avro dəstək verib və bu il o, xarici maliyyələşdirmənin 84%-ni əhatə etməyi planlaşdırır.

"Mən Ukraynanın bərpası üçün Avropa fondunun yaradılmasını elan etməyə hazıram. Bu gün burada imzalayacağımız zəmanətlər bizə Ukraynanın inkişafı, bərpası və yenidən qurulması üçün 10 milyard avro investisiya cəlb etməyə imkan verəcək", - deyə fon der Leyen vurğulayıb.

Mövsüm,

AzNews.az