• Qərb
  • 10 İyul 16:56
  •  1 155

Böyük Britaniya Ukraynaya 5 mindən çox raket tədarükü haqqında saziş imzalayıb

Böyük Britaniya Ukrayna Silahlı Qüvvələrinə (UAF) kömək məqsədilə 5 mindən çox zenit-raket kompleksinin tədarükü ilə bağlı müqavilə imzalayıb.

Bu barədə Böyük Britaniya hökumətinin saytında qeyd edilib.

"2,5 milyard funt sterlinq (təxminən 3,4 milyard dollar - Red.) zəmanəti və 19 illik maliyyə müqaviləsi ilə vəsaitlər indi sərbəst buraxıla bilər. Bu, Britaniyanın "Thales" şirkətinə 5000-dən çox zenit raketi tədarük etməyə imkan verəcək", - məlumatda deyilir.

Qeyd olunur ki, Böyük Britaniya və Ukrayna arasında imzalanan saziş çərçivəsində müdafiə xərclərinin artırılması üçün tədbirlər görüləcək. Eyni zamanda, Britaniya 2026-cı ildə Ukrayna tərəfinə 283 milyon funt sterlinqə (təxminən 323 milyon dollar) qədər ikitərəfli yardım ayrılacağını təsdiqləyib.

Mövsüm,

AzNews.az