• Qərb
  • 15 İyul 14:54
  •  1 487

İtaliyanın Sardiniya adasında 20 fərqli nöqtədə meşə yanğınları baş verib

Bu gün adada 20 yerdə meşə yanğını baş verdiyi və onlardan 3-də vəziyyətin ciddi olduğu bildirilib.

Bu barədə İtalyan mətbuatında yayımlanan xəbərlərdə qeyd edilib.

Xüsusilə adanın mərkəzində yerləşən Barumini qəsəbəsi ətrafında baş verən yanğının ciddi olduğu və burada 2 yanğınsöndürmə təyyarəsi ilə bir neçə helikopterin havadan söndürmə işlərinə cəlb olunduğu qeyd edilib.

Yanğının bölgədəki kolluq sahələrlə yanaşı, əkilmiş torpaqlara və bəzi fermalara da təsir etdiyi vurğulanıb. Yanğınsöndürmə işlərinin, ərazinin dağlıq relyefi və yanğından təsirlənən sahənin genişliyi səbəbindən çətinliklə aparıldığı bildirilib.

İtaliyada bu il meşə yanğınlarından ən çox zərər görən bölgələrdən biri olan Sardiniya adasında, 10 iyulda Trambuccone bölgəsində baş verən yanğın səbəbilə Olbia Hava Limanında uçuşlar bir müddətlik dayandırılmışdı.

Adanın şimal-şərqində yerləşən turistik Maddalena qəsəbəsində isə 8 iyulda baş vermiş yanğın səbəbilə bəzi evlər təxliyə edilmişdi.

Mövsüm,

AzNews.az