• Qərb
  • 12 Avqust 16:13
  •  1 288

Zelenski: Rusiya yeni hücumlara hazırlaşır

Ukrayna prezidenti Volodimir Zelenski sosial media hesabında paylaşdığı videomüraciətdə müharibəni bitirmək üçün gün ərzində müxtəlif ölkələrin liderləri ilə apardığı telefon danışıqları barədə məlumat verib.

Zelenski danışdığı liderlərlə müharibəni ədalətli şəkildə bitirmək üçün lazım olan addımları müzakirə etdiyini bildirib və deyib:

Birincisi, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir. İkincisi, Ukraynaya qarşı müharibə məsələsi yalnız Ukraynanın iştirakı ilə həll olunmalıdır. Üçüncüsü, Rusiya bu müharibəni dayandırmaq üçün lazımi addımları atmalıdır. Hələlik Rusiya heç bir addım atmayıb.

Rusiya prezidenti Vladimir Putinin sülhə hazırlaşmadığını iddia edən Zelenski deyib:

"Onlar qətiyyən atəşkəsə və ya müharibəni dayandırmağa hazırlaşmırlar. Putin ABŞ-la görüşü özünün şəxsi qələbəsi kimi elan etməkdə və əvvəlki kimi hərəkət etməkdə, Ukraynaya təzyiq göstərməkdə qərarlıdır. Onlar yeni hücum əməliyyatlarına başlamaq üçün qoşunlarını və qüvvələrini hərəkətə gətirirlər".

Mövsüm,

AzNews.az