• Qərb
  • 12 Avqust 16:16
  •  1 614

Tramp Çinə tətbiq edilən yüksək tarifləri daha 90 gün müddətinə dayandırıb

ABŞ prezidenti Donald Tramp Çin mallarına artan gömrük rüsumlarının tətbiqini daha 90 gün təxirə salan fərman imzalayıb.

Sözügedən fərman, ABŞ və Çin-in may ayında qarşılıqlı şəkildə artırdıqları tarifləri azaltmaq qərarında müəyyən edilmiş 90 günlük müddətin bitməsinə bir neçə saat qalmış qəbul edilib.

Ağ Evdən verilən açıqlamada, Trampın Çinə qarşı artırılmış gömrük rüsumlarının dayandırılmasının davam etdirilməsini nəzərdə tutan fərmanı imzaladığı bildirilib.

Açıqlamada vurğulanıb ki, bu addım ABŞ ilə Çin arasında ticarət balanssızlıqlarının aradan qaldırılması, ədalətsiz ticarət praktikalarının dayandırılması, Amerika ixracatına bazar çıxışının genişləndirilməsi və milli təhlükəsizliklə iqtisadi məsələlərdə ABŞ-la uyğunluğun təmin edilməsi istiqamətində davam edən və səmərəli danışıqları asanlaşdırmaq üçün zəruridir.

Fərmana əsasən, Çindən idxal olunan mallara tətbiq edilən artırılmış gömrük rüsumlarının dayandırılması müddəti 10 noyabra qədər uzadılıb.

ABŞ prezidenti Tramp da Truth Social hesabında etdiyi açıqlamada belə deyib: “Çinə qarşı tariflərin dayandırılması tətbiqini 90 gün daha uzadacaq fərmanı imzaladım. Razılaşmanın digər bütün maddələri eyni qalacaq.”

Mövsüm,

AzNews.az