Ukrayna Rusiyada İrandan sursat daşıyan gəmini vurub

Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən bütün diqqətlər Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın görüşünə yönəlib.

Görüşdən atəşkəs ehtimalı olsa da, tərəflər qarşılıqlı hücumlarını davam etdirirlər.

Ukrayna Baş Qərargahının yaydığı bəyanatda ordunun dünən Rusiyanın Həştərxan vilayətinin Olya limanına hücum təşkil etdiyi bildirilib.

Hücumda İrandan gələn “Şaded” PUA- ya məxsus hissələri və sursatları daşıyan “Port Olya 4” gəmisinin vurulduğu bildirilib.

Sözügedən limanın İrandan Rusiyaya hərbi ləvazimatların tədarükündə istifadə edilən mühüm logistika məntəqəsi olduğu vurğulanıb.

Mövsüm,

AzNews.az