• Qərb
  • 18 Avqust 23:21
  •  1 361

Ağ evdə tarixi toplantı: Ukrayna məsələsi

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Avropa liderləri ilə görüş keçirir.

Ağ Ev rəhbəri ilə görüşə Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts, İtaliyanın Baş naziri Corcia Meloni və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen qatılıb.

Fransa Prezidenti Emmanuel Makron Ukrayna münaqişəsinin başa çatdırılması məsələsinin Avropanın iştirakı ilə dördtərəfli formatda müzakirə olunmasını təklif edib.

Fransa lideri bunu Avropa liderləri ilə ABŞ Prezidenti Donald Tramp arasında Vaşinqtonda keçirilən görüşdə deyib.

Rusiya və Ukrayna arasında mümkün ərazi mübadiləsi məsələsini müzakirə etmək lazımdır.

Bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Avropa liderləri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, belə bir müzakirə hazırkı cəbhə xəttini və Rusiyanın nəzarətində olan əraziləri nəzərə almalıdır.

“Ərazi mübadiləsi hazırkı təmas xəttini nəzərə almaqla həyata keçirilməlidir”, – Tramp vurğulayıb.

AzNews.az