- Qərb
- 16:14
- 1 216
Rubio ABŞ-nin Kiyevə pulsuz silah tədarükünün dayandırıldığını açıqlayıb

ABŞ Ukraynanı maliyyələşdirməyi və Kiyev rejiminə pulsuz silah verilməsini dayandırıb.
Bu barədə ABŞ dövlət katibi Marko Rubio Fox News telekanalının efirində bildirib.
O, müsahibəsində deyib: "Biz artıq Ukraynaya silah vermirik. Biz artıq Ukraynaya pul vermirik".
Rubio əlavə edib ki, əvəzində ABŞ indi Kiyevə silah satır, Avropa ölkələri isə NATO bloku vasitəsilə tədarük haqqını ödəyir.
Mövsüm,
AzNews.az