- Qərb
- 20 Avqust 2025 14:47
- 3 766
Estoniya Ukraynaya rota göndərməyə hazırdır
Estoniya “istəklilər koalisiyası” çərçivəsində Ukrayna ərazisinə bir rota əsgər göndərməyə hazırdır.
Bu barədə Estoniya baş naziri Kristen Mixal məlumat verib.
“Estoniya Ukraynaya bir rota həcmində öz kontingentini təqdim etməyə və onu ölkəyə göndərməyə hazırdır”, – deyə onu ERR tele-radio şirkəti sitat gətirib.
Eyni zamanda, Mixal dəqiqləşdirib ki, hələlik mümkün missiyanın detalları barədə danışmaq tezdir. Estoniya baş naziri qeyd edib ki, təhlükəsizliyin təmin olunma yolları, zəmanətlərin xarakteri və ABŞ ilə Avropanın töhfəsi barədə müzakirələrə yalnız münaqişənin nizamlanması üzrə ikitərəfli və üçtərəfli danışıqlardan sonra başlamaq lazımdır.
Mövsüm,
AzNews.az