• Qərb
  • 21 Avqust 2025 17:32
  •  4 772

Finlandiya Rusiya ilə sərhədə mümkün qədər yaxın hasar çəkəcək

Finlandiya hakimiyyəti Rusiya sərhədinə mümkün qədər yaxın hasar çəkmək istəyir.

Bu barədə İltalehti qəzeti məlumat yayıb .

"Sərhəd çəpəri mümkün qədər Rusiya-Finlandiya sərhədinə yaxın tikiləcək. Bundan əlavə, hasar bütün yol boyunca olacaq. Hasarın hündürlüyü hazırda 4,5 m-dir", - materialda deyilir.

Nəşr yazır ki, hasar həmçinin kameralar, sensorlar və səsgücləndiricilərlə təchiz olunacaq.

Mövsüm,

AzNews.az