- Qərb
- 18:19
- 987
Tramp: Bayden Ukraynaya cavab verməyə imkan vermədi

Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq üçün səylər davam edir.
ABŞ prezidenti Donald Tramp Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə görüşüb.
ABŞ mətbuatında yer alan xəbərlərə görə, görüş təxminən 1 saat 40 dəqiqə davam edib.
Tramp Ağ Evdə həm Zelenski, həm də Avropa liderləri ilə görüşlərindən sonra Truth Social hesabında yeni açıqlama verib.
Co Baydenin yerinə prezident olsaydı, bu müharibənin heç vaxt başlamayacağını təkrarlayan Tramp yazısına bu sözləri də əlavə etdi:
İşğal olunmuş, işğalçının torpaqlarına hücum etmədən müharibədə qalib gəlmək çox çətindir, hətta qeyri-mümkündür.
Mükəmməl müdafiəsi olan, lakin hücuma icazə verilməyən möhtəşəm idman komandası kimidir.
Onların qalib gəlmək şansı yoxdur!
Eyni şey Ukrayna və Rusiyada da var.
Mövsüm,
AzNews.az