Kolorado hava limanına enən iki sərnişin təyyarəsi havada toqquşub

İki sərnişin təyyarəsi Kolorado hava limanına enərkən havada toqquşub.

CNN bu barədə ABŞ Federal Aviasiya Administrasiyasına istinadən məlumat yayıb.

“Cessna 172 və Extra Flugzeugbau EA300 bazar günü səhər yerə enməyə cəhd edərkən toqquşub”,- məqalədə deyilir.

Hər bir təyyarənin göyərtəsində iki nəfərin olduğu dəqiqləşdirilir. Toqquşma nəticəsində 1 nəfər ölüb, daha 3 nəfər yaralanıb.

Mövsüm,

AzNews.az